...

Zakir Qaralov: Bakıda 16 mərtəbənin uçması terror aktı deyil

Siyasət Materials 30 Avqust 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend E.Hüseynli/ Azərbyacanın baş prokuroru Zakir Qaralov Bakıda 16 mərtəbəli bianın uçmasının terror aktı olması barədə məlumatları təkzib edib. Bu barədə Qaralov jurnalistlərə cümə axşamı bəyan edib.

Onun sözlərinə görə, terakt və binanın partladılması barədə məlumat həqiqətə uyğun deyil. O həmçinin həlak olanların arasında qadın və uşağın olması barədə məlumatı da təkzib edib.

Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 13-ə çatıb.

Xəbər lenti

Xəbər lenti