...

Baş nazirin müavini: Bakıda yüzlərlə bina dövlət ekspertizasından keçməyib

Siyasət Materials 31 Avqust 2007 21:31 (UTC +04:00)
Baş nazirin müavini: Bakıda yüzlərlə bina dövlət ekspertizasından keçməyib

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/ Bakıda yüzlərlə bina dövlət ekspertizasından keçməyib və binaların 70 faizinin istismara verilməsi üçün icazə alınmayıb. Bu barədə cümə günü axşam mətbuat konfransında Dövlət Komissiyasının rəhbəri Abid Şərifov bildirib.

Avqustun 28-də, çərşənbə axşamı Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində "Mütəfəkkir" şirkətinin tikdiyi 16 mərtəbəli bina uçub. İlkin versiyalara görə, binanın uçmasının səbəbi tikinti zamanı texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması olub. Rəsmi məlumatlara görə, tikintinin qalıqları altından çıxarılan həlak olan insanların sayı 12 nəfərdir. FHN mətbuat xidmətinin verdiyi məlumata görə, dağıntı altında daha 16 nəfərin qalması güman edilir.

Onun sözlərinə görə, qanunsuz tikinti işlərinin aparılmasının məsuliyyəti yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür.

Şərifov bildirib ki, Azərbaycanın tikinti sahəsindəki işçi qüvvəsinin 90 faizi qanunsuz tikililərdə müvafiq sənədləri olamadan işləyir.

Xəbər lenti

Xəbər lenti