...

MDB ölkələri DİN rəhbərlərinin Bakıda keçiriləcək iclasının proqramı açıqlanıb

Siyasət Materials 4 Sentyabr 2007 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin daxili işlər nazirlərinin Şurası Bakıda sentyabrın 6-da keçiriləcək növbəti iclasında MDB dövlətlərinin daxili işlər orqanlarının qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində gördüyü işləri müzakirə edəcək və bu sahədə müvafiq orqanlar arasında əlaqələrin səmərəliliyinin artırılması ilə bağlı atılacaq konkret addımları müəyyən edəcək.

Çərşənbə axşamı MDB-nin İcra Katibliyindən verilən məlumata görə, Şuranın iclasının gündəliyi ekspert qrupunun avqustun 28-31-də keçirilən iclasında nəzərdən keçirilib.

2008-2010-cu illərdə cinayətkarlığa qarşı birgə tədbirlər üzrə dövlətlərarası proqram, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin narkotik vasitələrin, psixotrop maddələrin və onların əvəzedicilərinin qanunsuz dövriyyəsi sahəsində 2008-2010-cu illər üçün nəzərdə tutulmuş əməkdaşlıq proqramı, habelə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin 2008-2010-cu illər üçün nəzərdə tutulmuş terrorizm və ekstremizmin digər zorakı təzahürləri ilə mübarizə sahəsində əməkdaşlıq proqramı layihələri artıq razılaşdırılıb.

Proqramın hazırlanması MDB dövlətlərinin müasir təhlükə və hədələrlə mübarizə sahəsində kompleks əməkdaşlığının gələcək inkişafının vacibliyi ilə şərtlənir.

Proqramın əsas vəzifələri aşağıdakı kimidir: MDB ölkələrinin əməkdaşlığının beynəlxalq-hüquqi bazasının möhkəmələndirilməsi və genişləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi və harmonizasiyası, orqanlararası razılaşdırılmış profilaktik, operativ-axtarış və xüsusi əməliyyatların aparılması, əməkdaşlığın informasiya və elmi baxımdan təminatı, kadrların hazırlanması və mütəxəssislərin ixtisasının artırılmasında əməkdaşlığın həyata keçirilməsi.

Azərbaycan DİN-dən verilən məlumata görə, iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan,Türkmənistan, Özbəkistan və Ukraynanın daxili işlər nazirlərinin, həmçinin MDB dövlətlərinin daxili işlər nazirləri Şurasının və Antiterror Mərkəzinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti