...

VİP sədri Lalə Şövkət və Əli Kərimlinin prezidentliyə namizəd kimi şanslarını bərabər qiymətləndirir

Siyasət Materials 5 Sentyabr 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ "Azadlıq" bloku prezident seçkilərində iştiraka qərar versə, Vətəndaş və İnkişaf Partiyası (VİP) öz namizədilə seçkilərə qatılmayacaq. Bu barədə çərşənbə günü Trend ə açıqlamasında VİP sədri Əli Əliyev məlumat verib.

"Azadlıq" blokunda üç müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur. AXCP-nin sədri Əli Kərimli seçki qanunvericiliyinin təkmilləşdirilmədiyi halda seçkiləri boykot edilməsi məsələsinin gündəmə gətirilməsini təkif edib.

VİP sədri ALP lideri Lalə Şövkət və AXCP sədri Əli Kərimlinin prezidentliyə namizəd kimi şanslarını bərabər qiymətləndirir.

"Biz onlardan hansına dəstək veriləcəyini prezident seçkiləri ərəfəsində açıqlayacağıq" deyə Əliyev bildirib.

Azərbaycanda prezident seçkiləri gələn il oktyabrın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti