...

İranlı politoloq: "Fransa-İran arasında bağlanmış iqtisadi müqavilələrdə aşkarlanmış korrupsiya faktları iki ölkə arasında iqtisadi əlaqələri gərginləşdirib"

Siyasət Materials 7 Sentyabr 2007 18:08 (UTC +04:00)
İranlı politoloq: "Fransa-İran arasında bağlanmış iqtisadi müqavilələrdə aşkarlanmış korrupsiya faktları iki ölkə arasında iqtisadi əlaqələri gərginləşdirib"

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ Iran-Fransa arasında bağlanmış iri miqyaslı iqtisadi müqavilələrdə korrupsiyaların üzə çıxması iki ölkə arasında gərginlikləri dərinləşdirib. "İran-Fransa arasında korrupsiya yolu ilə bağlanmış iri miqyaslı iqtisadi müqavilələr üzə çıxıb. Bu işlə bağlı məhkəməyə müraciət etdikdə isə, Fransa rəsmiləri ABŞ və Avropa ilə daha artıq həmrəy olduqlarını göstərmək üçün İrandan sərmayələrini çıxarmaq istəyirlər" - deyə Fransada fəaliyyət göstərən iranlı politoloq və İranlı Tədqiqatçılar Assosiasiyasının sədri Dr.Hüseyn Lacəvərdi bildirib.

Fransa Avropa ölkələri arasında İranla ən böyük iqtisadi münasibətlər quran ölkədir. Buna rəğmən, Nikola Sarkozi Fransa prezidenti seçiləndən etibarən Fransa hakimiyyəti qısa müddət ərzində İrana qarşı 3 dəfə sərt bəyanat verərək, İrandan Fransa sərmayələrini çıxaracağını bildirib.

İranlı politoloq Lacəvərdi cüma günü Londondan telefonla Trend ə bildirib ki, artiq Fransa rəsmiləri İranla siyasi-iqtisadi münasibətlərin nə dərəcədə təhlükəli və zərərverici olduğunu başa düşüblər. Lacəvərdi əlavə edib: " Fransanın tez-tez İrana qarşı sərt bəyanat verməsinin səbəbi var. Fransa indiyədək beynəlxalq ictimaiyyətin və təşkilatların İrana qarşı tətbiq etdiyi sanksiyalara rəğmən, hər zaman İranla yüksək səviyyədə münasibətlər qurub. Hətta İrana tətbiq olunan sanksiyalar ərəfəsində, "Total" şirkəti bir neçə iri neft müqavilələri də bağlayıb. Hazırda bu müqavilələrdə baş vermiş korrupsiya hallarının aşkarlanması ilə Fransa məhkəməsi bəzi korrupsiyada şübhəli bilinən şəxsləri məhkəmə istintaqına cəlb edib. Bundan əlavə, "Reno", "Pejo" və "Sitroen" şirkətlərinin də İranla iri iqtisadi müqavilələri olub" - deyə İranlı politoloq bildirib.

Lacəvərdi bildirib ki, cüma axşamı rəsmi Paris İrana qarşı BMT Təhlükəsizlik Şurasının 3-cü qətnaməsinin tətbiqini tələb edərək, İranda sərmayə yatırmış fransalı şirkətlərdən bu ölkə ilə iqtisadi münasibətləri məhdudlaşdırmağı xahiş edib.

Politoloqun bildirdiyinə görə, Sarkozi İranda Fransanın iri iqtisadi sərmayələrinin məhdudlaşdırılmasının hər iki ölkəyə zərərli olduğunu bilərək ABŞ və Britaniyanın siyasətini dəstəkləməyə çalışır.

"Fəqət yalnız Fransa deyil, Britaniyanın baş naziri Qordon Braun da iki gün bundan əvvəl İran əleyhinə növbəti bəyanatı səsləndirib. ABŞ prezidenti Corc Buş İraqda hərbi qərargah yaratmaq məqsədilə növbəti səfərini reallaşdırıb. Almaniya rəsmiləri İranın təcrid edilməsi istiqamətində daha sərt addımlar atıb. MAQATE-nin sədri əl-Bəradei isə dünən növbəti bəyanatında İrana bildirib ki, əgər nüvə proqramından əl çəkməsə böyük təhlükələrlə üzləşməsi istisna olunmur" - deyə Lacəvərdi ifadə edib. Politoloq daha sonra əlavə edib ki, bütün bunlar İranın yaxın gələcəkdə nüvə silahına malik olmaq niyyəti ilə birbaşa bağlıdır.

Sentyabrın 6-da isə Fransa xarici işlər naziri Fransa hökumətinin İrana qarşı BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyalar çərçivəsindən xaric daha sərt təzyiqlər həyata keçirəcəyi barədə bəyanat verib.

Xəbər lenti

Xəbər lenti