...

"Musiqi dünyası" jurnalı beynəlxalq diploma layiq görüldü

Cəmiyyət Materials 15 Sentyabr 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ "Musiqi dünyası" jurnalı beynəlxalq diploma layiq görülüb. Bu haqda "TrendLife"a jurnalın baş redaktoru, professor Taryel Məmmədov məlumat verib. Beynəlxalq müsabiqədə jurnal "Kommunikativ elmlər və təhsil haqqında ən yaxşı kitab" adlı diplom nominasiyasına layiq görülüb. Onu da qeyd edək ki, bu müsabiqədə 160 təşkilat iştirak edirdi. Müsabiqədə Azərbaycanı təmsil edən yeganə nəşr "Musiqi dünyası" olub.

Xəbər lenti

Xəbər lenti