...

Avropa Birliyi Estoniyanı rusdilli əhaliyə vətəndaşlıq verməyə tələsdirir

Cəmiyyət Materials 21 Sentyabr 2007 01:29 (UTC +04:00)

Avropa Birliyi hesab edir ki, Estoniya ölkədə yaşayan rusdilli azlığı vətəndaşlıq verməkdə həddindən artıq yavaş hərəkət edir. Bu sözləri gümə axşamı gecə Avropa şurası Parlament assambleyasının sədri Rene van der Linden deyib.

Onun sözlərinə görə , Avropa birliyi yol verə bilməz ki , onun üzvlərindən birinin bu sayda vətəndaşlıq hüququ olmayan əhalisi olsun , Reuters bu haqda xəbər verir .

O, həmçinin Estoniya hökümətinin ildə 5-7 min insana vətəndaşlıq verəcəyini çox balaca göstərici sayır . " Ümidvaram ki , ölkə hakimiyyəti bu rəqəmi 10 min insana qədər artıracaq . Əgər biz yalnız ildə 5 min nəfərə vətəndaşlıq verilməsindən danışırıqsa , onda 100 minlik rusdilli əhaliyə vətəndaşlıq verilməsi prosesi 20 ilə uzanacaq "- deyə AŞPA sədri qeyd edib .

Öz növbəsində Estoniya XİN-in başçısı Urman P oet bildirib ki , hökümət vətəndaşlıq istəməyən insanlara bunu məcbur edə bilməz . Onun sozlərinə görə , prosesin tezləşməsi üçün Estoniya lazımi tədbirlər görür .

Hal hazırda əhalisi 1,34 mln. olan Estoniyanın üçdə bir əhalisi etnik ruslardır , və onların gksəriyyətində vətəndaşlıq yoxdır . Mystəqillik qazandıqdan sonra (1991-ci il) Estoniya sovet hakimiyyəti vaxtlarında ölkəyə köçmüş miqrantlara və onların övladlarına vətəndaşlıq vermə prosesini uzadır .

Xəbər lenti

Xəbər lenti