...

Nura Surinin klipi ilə bağlı xoşagəlməz nüans

Cəmiyyət Materials 21 Sentyabr 2007 18:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 sentyabr/müx.TrendLife Fəridə Məhərrəmqızı

Müğənni Nura Surinin, bir müddət öncə, sözləri və musiqisi Xanım İsmayılqızına məxsus "Vətənim" mahnısına çəkdirdiyi kliplə bağlı xoşagəlməz söz-söhbət yayılıb. Qeyd edək ki, rejissor Elxan Cəfərovun ekranlaşdırdığı bu klipdə sənədli kadrlardan istifadə olunub. Lakin kliplə bağlı xoşagəlməz söz-söhbət onun süjet xətti ilə bağlı deyil. Məsələ burasındadır ki, klipin ərsəyə gəlməsi üçün maliyyə dəstəyi göstərən şirkət prezervativ istehsalıçısı kimi məşhurdur. Nura "Vətənim" mahnısının vətənpərvərliklə bağlı olduğunu bəyan etməklə hər yerdə öyünsə də, klipin prezervativ istehsalçısı olan FBİ şirkətinin köməyilə ekranlaşdırılması ona başucalığı gətirməyib. Müğənninin, vətənpərvərliyin təbliğində prezervativ istehsalçısının köməyindən istifadə etməsi ictimaiyyətdə bimənalı qarşılanmayıb və buna görə Nura Surini qınayırlar. Yeri gəlmişkən, Nuranın özü də bir müddət öncə FBİ şirkətinin istehsal etdiyi "Kama-sutra" prezervativlərinn reklamına çəkilmişdi.

Məsələ ilə bağlı Nura ilə əlaqə saxlayıb, onun münasibətini öyrənmək istədik. Lakin TrendLife-in sualları müğənnini qıcıqlandırdığından o, bu barədə ətraflı danışmaqdan yayındı. FBİ şirkətinin təkcə prezervativ deyil, həm də uşaq əmzikləri və hansısa dərmanlar istehsal etdiyini deyən Nura Suri hirslə telefonun dəstəyini asdı.

Xəbər lenti

Xəbər lenti