...

Azərbaycan cüdoçuları Olimpiadaya düşmə şanslarını yaxşılaşdırıblar

Cəmiyyət Materials 1 Oktyabr 2007 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan cüdoçuları Olimpiadaya düşmə şanslarını əhəmiyyətli dərəcədə yüksəldiblər.

Avropa Cüdo İttifaqının (EJU) yenilənmiş reytinqinə müvafiq olaraq, Rotterdamda keçirilən dünya Superkubokunda bürünc medal qazanmış Ramil Qasımov ( 66 kq) birinci onluğa daxil olub. Hazırda idmançı yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Yarışdakı 4 rəqibinin ondan arxada qərar tutmasına baxmayaraq, onlar Braziliyada keçirilən dünya çempionatında öz vəzifələrini minimum yerinə yetiriblər.

Eyni zamanda hələ ki, keçid mövqeyini saxlayan və Pekinə gedəcəyi güman olunan Kifayət Qasımova ən yaxşı beşliyə daxil olub. Həmçinin, dərəcə tabelinə Elxan Məmmədov ( 90 kq) da əlavə olunub. Mövlud Mirəliyev ( 100 kq) və Mehman Əzizovun lisenziya alması zamanın işidir.

Xəbər lenti

Xəbər lenti