...

Azərbaycan Musiqili Komediya Teatrında Moskva teatrı çıxış edəcək

Cəmiyyət Materials 1 Oktyabr 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /müx. "TrendLife" Eldar Hüseynzadə/ Oktyabrın 4-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Modern" Moskva Dram Teatrı öz tamaşalarını təqdim edəcək. Bu haqda "TrendLife"a teatrın mətbuat xidmətindən xəbər verilib. Onlar "Mənim əziz kişilərim" tamaşasını təqdim edəcəklər. "Modern" teatrının gələn il 19 yaşı tamam olacaq. Bizim teatra nisbətən cavandır. "Modern" teatrının rəhbəri Rusiyanın xalq artisti Svetlana Vraqovadır. Bu teatr 1988-ci ildə Şepkin teatr peşə məktəbinin buraxılış kursunun əsasında yaradılıb. Teatrın ilk tamaşaları o qədər uğurlu alınıb ki, iki ildən sonra Los Ancelesə və Çikaqoya qastrol səfərinə yollanıblar. Bakıda göstərəcəkləri "Mənim əziz kişilərim" tamaşasında Yelena Starodub, Serqey Pineqin və Fəxrəddin Manafov kimi tanınmış aktyorlar çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti