...

Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkili məhkəmədə müdafiə nitqinə başlayıb

Cəmiyyət Materials 3 Oktyabr 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E. Cavadova/ Çərşənbə günü Ağır cinayyətlərə dair işlər üzrə məhkəmədə, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər qrupun prezidenti Rafiq Əliyevin və digər 17 nəfərin cinayət işi üzrə məhkəmə iclası Fərhad Əliyevin vəkili Elton Qulievin müdafiə çıxışı ilə davam etdirilib.

Vəkil çıxışında bildirib ki, Fərhad Əliyev həbs olunduğu gündən, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə, onun hüquqları kobud şəkildə pozulub. Məhkəmə istintaqı dövründə onun cinayyətlərini təsdiqləyən mötəbər bir sübuta rast gəlinməyib. Onun həbsi zamanı və istintaqın sonrakı mərhələlərində rəhbərlik etdiyi İqtisadi İnkişaf nazirliyində dəfələrlə yoxlamalar aparılsa da, hüquqi əhəmiyyət kəsb edən pozuntu aşkar edilməyib. Buna görə də ibtidai istintaq Fərhad Əliyevə qarşı qondarma ittihamlar irəli sürüb. Məhkəmə iclası vəkilin çıxışı ilə davam edir.

Qeyd edək ki, keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev və onunla eyni müttəhimlər kürsüsündə əyləşən şəxslər vəzifədən sui-istifadə, qanunsuz özəlləşdirmə, vergidən yayınma, rüşvət alma və başqa iqtisadi cinayətlərdə təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti