...

Azərbaycan Parlamentinin spikeri: "Həbs olunan jurnalistlərin yaxın vaxtlarda azad ediləcəyi mümkündür"

Cəmiyyət Materials 26 Sentyabr 2007 14:05 (UTC +04:00)
Azərbaycan Parlamentinin spikeri: "Həbs olunan jurnalistlərin yaxın vaxtlarda azad ediləcəyi mümkündür"

Azərbaycan, Bakı / Trend müxbir A.Qasımova/ Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov Strasburqda Avropa Şurasında keçirilən görüşdən sonra bildirib ki, həbs olunan jurnalistlərin yaxın vaxtlarda azad ediləcəkləri mümkündür.

Azərbaycanda yeddi jurnalist həbsdədir. Onların əksəriyyəti böhtançılıqda ittiham olunur.

Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyət AŞPA-nın payız sessiyasında (1-5 oktyabr) müzakirə olunur.

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bu məsələ ilə bağlı tənqidi çıxış edib.

"Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətdə aşkar irəliləyiş yoxdur" - deyə Herkel Trend ə müsahibəsində bildirib.

KİV problemləri Avropa Şurasında səfərdə olan Azərbaycan Parlamenti spikerinin AŞPA prezidenti Rene van der Lindenlə görüşü zamanı müzakirə olunub. Görüşdən sonra Əsədov jurnalistlərə bildirib ki, həbs olunan jurnalistlərin azad olunması Azərbaycanın maraq dairəsindədir. Onun sözlərinə görə, hazırda jurnalistlərin azad olunması ilə bağıl iş aparılır.

Xəbər lenti

Xəbər lenti