...

ABŞ-ın Azərbaycandakı səfiri: "İslamı terrorla müqayisə etmək cəfəngiyyatdır"

Cəmiyyət Materials 4 Oktyabr 2007 19:08 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri: "İslamı terrorla müqayisə etmək cəfəngiyyatdır"

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Amerikanın islama qarşı çıxması və müsəlman dinini terrorla müqayisə etməsi cəfəngiyyatdır. Bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi Bakıda "ABŞ-da müsəlman həyatı" kitabının təqdimatında bildirib.

"Amerika islamı dünya dini hesab edir və ABŞ islama qarşı çıxmaqdan uzaqdır",-deyə o söyləyib.

Səfirin sözlərinə görə, əcnəbilər ABŞ-dakı müsəlmanların həyatı barədə çox az bilirlər.

ABŞ-da 1200 məscid fəaliyyət göstərir, müsəlmanların öz icmaları və məktəbləri var. "ABŞ-da müsəlman həyatı" kitabı mütəxəssislər tərəfindən ABŞ Dövlət Departamentinin sifarişi ilə hazırlanıb. Kitabda ümumi dini dəyərlərdən bəhs olunur.

Xəbər lenti

Xəbər lenti