...

Azərbaycanda qadınlara qarşı törədilən zorakılıq halları 233 fakt azalıb

Cəmiyyət Materials 8 Oktyabr 2007 11:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bu ilin 9 ayı ərzində məişət zəminində qadınlara qarşı törədilən zorakılıq halları 233 fakt azalıb. Daxili İşlər Nazirliyindən Trend ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 31,4 faiz azalaraq 509 hadisə təşkil edib. Respublikada ailələrin dağılması faktları da ötən illərlə müqayisədə azalıb. Belə ki, 2007-ci ilin 6 ayı ərzində respublika məhkəmələrində nikahın pozulmasına dair 3701 mülki işə baxılıb. Azərbaycanda zorakılıq hallarından, o cümlədən məişət zəminində baş vermiş cinayətlərdən zərərçəkən qadınlara özlərini müdafiə üçün geniş hüquqlar verilib. Onların ifadə vermək, etiraz etmək, vəsatət qaldırmaq, cinayət işinin materialları ilə tanış olmaq, cinayət prosesində qanuni mənafelərini təmsil edən nümayəndəyə malik olmaq hüquqları var.

Milli Məclisin payız sessiyasında qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması, belə hallarla mübarizənin mexanizmini müəyyən edən "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti