...

FİFA prezidenti: AFFA-nın yeni iqamətgahı Azərbaycan futbolunun gələcək uğurları üçün təməl rolu oynayacaq (video)

Cəmiyyət Materials 17 Oktyabr 2007 12:16 (UTC +04:00)
FİFA prezidenti: AFFA-nın yeni iqamətgahı Azərbaycan futbolunun gələcək uğurları üçün təməl rolu oynayacaq (video)

FİFA prezidenti Yozef Blatter və UEFA-nın rəhbəri Mişel Platini AFFA-nın yeni iqamətgahının açılışı mərasimində iştirak ediblər. Açılış mərasimi zamanı AFFA-nın baş katibi Elxan Məmmədov mərasimin iştirakçılarına açılış nitqi ilə müraciət edərək bildirib ki, bu gün Azərbaycan futbolu üçün tarixi bir gündür. Məmmədov qeyd edib ki, 2004-cü ildə hörmətli qonaqlar Bakıya gələrək gələcək iqamətgahın təməlqoyma mərasimində iştirak ediblər.

"FİFA və UEFA Azərbaycan futboluna böyük dəstək göstərirlər. FİFA və UEFA-nın biraşa iştirakı ilə "Qol və xett-trik" proqramı həyata keçirilir, 40 sintetik meydança yaradılıb" - deyə Məmmədov bildirib.

Daha sonra isə Platini çıxış edərək bildirib ki, assosiyasiyalara kömək göstərilməsi UEFA və FİFA-nın prioritetlərindəndir. Azərbaycan bu sahədə istisina deyil. Yozef Blatter öz həmkarının fikirlərini dəstəkləyərək ümid etdiyini bildiribki, AFFA-nın yeni iqamətgahı Azərbaycan futbolunun gələcək uğurları üçün təməl rolu oynayacaq

Xəbər lenti

Xəbər lenti