...

Opera müğənnisi Fidan Hacıyeva: "Mən ilk dəfə muğam ifa etdim"

Cəmiyyət Materials 17 Oktyabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /müx. TrendLife Eldar Hüseynzadə/

"Küsəyən dağlar" klipinin çəklişləri başa çatıb. TrendLife-ın verdiyi məlumata görə, klipin ifaçısı tanınmış opera müğənnisi Fidan Hacıyevadır. Mahnının sözləri şair Məmməd Araza, musiqisi Nazim Quliyevə aiddir. Klipin rejissoru Rüfət Əsədovdur. Müğənninin sözlərinə görə: "Bu mahnıda mən ilk dəfə muğam ifa etdim. Tamaşaçılar hələ mənim ifamda belə bir janrı dinləməyiblər. Mənə elə gəlir ki, pis alınmadı." Onu da qeyd edək ki, yaxınlarda klipin təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti