...

Azərbaycanın Teleradio Şurası EPRA-ya üzv seçilib

Cəmiyyət Materials 18 Oktyabr 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) EPRA-ya (European Platform of Regulatory Authorities) həqiqi üzv seçilib, cümə axşamı Trend ə şura sədrinin köməkçisi Mehdi Məmmədov bildirib. Onun sözlərinə görə, MTRŞ-nın üzv qəbul olunması ilə bağlı Avropa Tənzimləyici Qurumlar Platforumu (ATQP) çıxardığı qərarı Azərbaycana göndərib.

ATQP-yə 50 Avropa ölkəsi üzvdür. Azərbaycan sayca 51-ci dövlət olub. Katibliyi Strasburqda yerləşir. Qurumun qəbul etdiyi qərarlar tövsiyyə xarakterlidir. Azərbaycanın üzvlük məsələsi qurumun oktyabrın 3-6-da Sofiyada keçirilən 26-cı toplantısında müzakirə olunub.

Məmmədov bildirib ki, quruma üzv qəbul olunduğuna görə MTRŞ Azərbaycanın televiziya və radiolarının fəaliyyəti üçün yeni monitorinq sistemləri tətbiq edəcək. Quruma üzv olan ölkələrin tövsiyyələrini müzakirə edəcək, Azərbaycan qanunvericiliyinə zidd olmadığı halda onların praktikalarının tətbiqi məsələlərinə baxacaq. MTRŞ təmsilçisinin sözlərinə görə, Azərbaycanın telekanallları və radiolarının fəaliyyətində ziddiyyətli məqamlar ortaya çıxanda bu məsələlərin həlli istiqamətində qurumla yazışmalar aparılacaq.

Xəbər lenti

Xəbər lenti