...

Nəyə görə əməkdar artist Aygün Kazımova Hollivuda gedə bilmədi ?

Cəmiyyət Materials 21 Oktyabr 2007 04:02 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan , Bakı / TrendLife müxbir G. Əhmədova / Fanatları Aygün Kazımovanın Hollivud layihəsi barədə hələ ötən ilin bu aylarında xəbər tutmuşdular . Gah dərisini qaraldıb , gah saçlarını müxtəlif formalara salan əməkdar artist özünə Hollivud görkəmi verməkdən ötrü dəridən qabıqdan çıxdı . Müğənninin vaxtilə mətuab konfransında dedikləri isə ictimaiyyət arasında mövzuya səbəb olmuşdu . Xatırladaq ki , " W orld Music Avards " adlanan müsabiqədə çıxış etmək üçün dəvət alan Aygün Kazımova oktyabrın bu günlərində orada çıxış etməli idi. Lakin müsabiqənin keçirilməsinə çox az bir müddət qalanda müğənni bəyan etdi ki , onun bu layihəsinə mütləq dövlət dəstəyi olmalıdır . Əks təqdirdə səfər baş tutmayacaq . Müğənninin proqnozları özünü doğrultdu . Ona Hollivuda gedib Maykl Cekson , Meray Kerri kimi məşhurların çıxış etdiyi səhnədə oxumaq qismət olmadı . Müğənninin mətbuat katibi Samirə Xasməmmədova TrendLife-ın müxbiri ilə söhbətində bu xəbəri təsdiqlədi . Müğənnin müsabiqədə iştirak etməməsinin səbəblərini açıqlayan mətbuat əlaqələndiricisi bunları söylədi : " Bu , " Evrovision "d an da səviyyəli müsabiqədir . Birinci müsabiqədə səhnə təcrübəsi az olan , gənc müğənnilər iştirak edib məşhurlaşırlar . Aygün xanımın dəvət aldığı müsabiqədə isə yalnız məşhur simalar iştirak edirlər . Aygün Kazımovaya bu şans verildi . Amma o, bunu növbəti il dəyərləndirəcək . Səbəbi isə budur ki , böyük layihəyə mütləq dövlətin dəstəyi və maliyyə vəsaiti olmalıdır . Bu , müğənninin tək çözə biləcəyi iş deyil ".

Xasməmmədova əlavə etdi ki , məsələ ilə bağlı mədəniyyət və turizm nazirinə məlumat verilib . Qurum müğənninin növbəti ildə müsabiqədə iştirakının təminatçısı olacağına boyun olub . Eyni zamanda digər rəsmi nümayəndəliklərdən də Aygün Kazımovaya dəstək gəlib . Qeyd edək ki , müsabiqə üçün repretuar seçimi də tam hazır deyil . Müğənni hələ yaz aylarında Eldar Mansurov və Vaqif Gərayzadəyə mahnı sifarişi verildiyini söyləmişdi . Lakin mətbuat katibi mahnıların hələ də yazılmadığını söylədi . Söhbət zamanı bu da bəlli oldu ki , Aygünün müsabiqədə iştirakından öncə ölkəyə məxsus tele-kanallardan birinin ora üzv olması əsas şərt olaraq irəli sürülüb ( eyni ilə " Evrovision " kimi - G.Ə) Samirə xanım artıq İctimai Televiziyanın rəhbərliyi ilə danışıqlar aparıldığını və üzvlük məsələsinin yaxın aylarda həll olunacağını diqqətə çatdırdı .

Xəbər lenti

Xəbər lenti