...

Heydər Əliyev Fondu və Azərbaycanlıların Yaxın Şərq Konqresi birgə layihələr həyata keçirəcəklər

Cəmiyyət Materials 23 Oktyabr 2007 14:20 (UTC +04:00)
Heydər Əliyev Fondu və Azərbaycanlıların Yaxın Şərq Konqresi birgə layihələr həyata keçirəcəklər

İsrail, Qüds / Trend müxbir R. Məmmədov/ Heydər Əliyev Fondu və Azərbaycanlıların Yaxın Şərq Konqresi birgə humanitar və təhsil layihələri həyata keçirmək niyyətindədirlər. "Bakıda Fondun icraçı direktoru Anar Ələkbərovla aparılan danışıqlar zamanı Azərbaycan həqiqətlərinin, Ermənistanın Azərbaycana təcavüzünün dünya ictimaiyyətinə çatdırılmasına kömək edəcək birgə layihələr üzərində işləmək qərarına gəldik. İlk belə layihə "Qarabağ həqiqətləri" kitabçasının ibri dilinə tərcüməsi olacaq" - deyə Azərbaycanlıların Yaxın Şərq Konqresinin prezidenti Aleks Şapiro Sulimanın Trend ə verdiyi məlumatda bildirib.

Konqresin prezidenti bildirib ki, Heydər Əliyev Fondu ilə real əməkdaşlıq etməkdə maraqlıdır. Onun sözlərinə görə, elm, mədəniyyət, səhiyyə sahəsində proqram və layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, sosial problemlərin həllinə kömək etmək, Azərbaycan mədəniyyətinin təbliğatı işində yardımçı olmaq, mənəvi dəyərlərin qorunub saxlanması, Azərbaycanın beynəlxalq nüfuzunun artılırması kimi Heydər Əliyev Fondunun qarşısına qoyduğu məqsədlər eyni zamanda Konqresin missiyasının tərkib hissələrindən biridir.

"Bu mənada bizim Konqresin həyati əhəmiyyətli maraqları Heydər Əliyev Fondunun maraqları ilə üst-üstə düşür" - deyə Aleks Şapiro Suliman bildirib.

Xəbər lenti

Xəbər lenti