Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Otuz səkkiz ölkənin komandası yaxın vaxtlarda H.Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək taekvondo üzrə gənclər arasında Avropa çempionatında iştirakını təsdiq edib.
Trend in verdiyi məlumata görə, yarışda İspaniya, Türkiyə, Fransa, Rusiya, Böyük Britaniya, Danimarka, Avstriya, Hollandiya, həmçinin, bir sıra digər ölkələrin idmançıları iştirak edəcək.
Bundan əlavə, qitə birinciliyinin son üç ildə ikinci dəfə Bakıda keçirilməsi Avropa Taekvondo İttifaqının (ETU) Milli Federasiyaya olan inamından xəbər verir.
Yarışda 20 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparılacaq.