...

Boks üzrə Azərbaycan yığmasının məşqçisi: "Komanda DÇ-2007-də yüksək yerlər uğrunda mübarizəyə hazırdır"

Cəmiyyət Materials 23 Oktyabr 2007 19:07 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Uşaqlar yaxşı formadadır və bu məni çox ümüdvar edir". Bu barədə Trend ə boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Məmməd Eyvazov Çikaqoda keçiriləcək lisenziya xarakterli dünya çempionatı öncəsi məlumat verib.

Eyvazovun sözlərinə görə, onun rəhbərliyi altında yetirmələri Gürcüstan boksçuları ilə məzmunlu təlim-məşq toplanışı keçiblər.

"Əsas- zədəlilərin olmamasıdır və komanda yüksək yerlər uğrunda mübarizəyə hazırdır. İndi püşk atma prosesi qalıb. Əgər hər şey plana uyğun gedərsə, o zaman, nəzərdə tutulan nəticəyə nail ola bilərik" - deyə Eyvazov əlavə edib.

Yarışın yekunu üzrə komanda Pekinə beş vəsiqə əldə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti