...

Xalq artisti Məleykə Əsədova bədxahlarını yenə Allaha tapşırdı

Cəmiyyət Materials 24 Oktyabr 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Akademik Milli Dram Teatırda əsaslı təmir işləri hələ tam start götürməsə də, aktyor heyəti arasında əməlli- başlı soyuq müharibə gedir. Əsas səbəbkar kimi isə, xalq artisti- son günlər aktrisadan çox, müğənni kimi yaradıcılığını davam etdirməkdə maraqlı olan Məleykə Əsədovanın adı hallanır. TrendLife-a danışan aktrisanın sözlərindən məlum oldu kim, heç də deyilənlərin hamısı özlüyündə həqiqəti əks etmirmir: "Hər şey bəzi qəzetlərdə yazılanlardan başlandı. Əvvəl bu sözlərə əhəmiyyət verməsəm də, sonra təşəbbüs göstərib, olanların yalan olduğunu təsdiq etməyə çalışdım. Yazırdılar ki, məni illərlə çalışdığım teatrdan uzaqlaşdırmaq istəyirlər. Sizin yaratdığınız bu imkandan yararlanıb, bütün pərəstişkarlarıma söyləyirəm ki, şayiələrə uymasınlar. Mən, var gücümlə öz yeni obrazlarımın üzərində çalışıram".

TrendLife-ın daha bir sualı- "Deyilənə görə, Akademik Milli Dram Teatrının baş rejissoru, xalq artsiti Mərahim Fərzəlibəyov sizin yeni tamaşalar oynamağınızın tərəfdarı deyil" -sualı isə aktrisa-müğənnini lap hövsələdən çıxardı: "Yalandır! Vallah-billah, böhtandır. Deməzdim ki, sənətdə mənim düşmənlərim var və onlar gözügötürməməzlikdən belə infomasiyalar yayırlar. Deyərdim ki, paxıllığımı çəkənlər, sənətimi, gözəlliyimi özlərinə dərd edən çox az sayda bədxahlarım var. Onlar düşmən ola da bilməzlər. Amma yenə də bir özləri bilsin, bir də Allahları. Hər şeyi o gözəgörünməzə həvalə edirəm".

Xəbər lenti

Xəbər lenti