...

Gürcüstan Azərbaycanın Kurmux kilsəsinə yeni keşiş göndərəcək

Cəmiyyət Materials 25 Oktyabr 2007 13:43 (UTC +04:00)
Gürcüstan Azərbaycanın Kurmux kilsəsinə yeni keşiş göndərəcək

Gürcüstan, Tbilisi / Trend müxbir N. Kirtsxalia/ Gürcüstanın Provaslav Kilsəsi Azərbaycanın gürcü əhalinin kompakt yaşadığı Qax rayonunun Kurmux kəndinin Müqəddəs Georgi kilsəsində ibadət etməsi məqsədilə yeni keşiş göndərəcək. Azərbaycan vətəndaşlığına malik olacaq İohan Ata Qabriel Atanı əvəz edəcək. Bu barədə cümə axşamı Trend ə Gürcüstan Patriarxlığından verilən məlumatda deyilir.

Ötən həftə Gürcüstan KİV-inin yaydığı məlumatda bildirilib ki, Kurmux kilsəsi yerli hakimiyyət orqanları tərəfindən bağlanıb və kilsədə ibadət edilməsinə qadağa qoyulub. Azərbaycanın XİN rəsmiləri bu məlumatı Azərbaycan-Gürcüstan münasibətlərinin korlanmasına yönəlmiş provokasiya kimi qiymətləndiriblər.

Müqəddəs Georgi kilsəsinin keşişi Qabriel Ata bir ay ərzində Azərbaycan vətəndaşlığı əldə etməli idi. Əks halda o Azərbaycanı tərk etməli idi. Bir gün əvvəl Qax rayonu İcra Hakimiyyətinin elm, təhsil və mədəniyyət məsələləri üzrə müavini Ziyafət Xasayevanın verdiyi məlumata görə, Gürcüstan katalikosu, patriarx İliya II tərəfindən təyin olunmuş Gürcüstan vətəndaşı İosif Tamazoviç Canbazaşvili Azərbaycan vətəndaşlığını qəbul etmək istəmir. Xasayeva bildirib ki, keşiş bir illik müddət üçün qeydiyyatdan keçib və bu müddət artıq sona çatıb. Azərbaycan qanunvericiliyinə əsasən isə Azərbaycan vətəndaşı olmayan şəxs hər-hansı bir dini qrumu təmsil edə, və ya respublika ərazisində həmin dini qrumun adından dini fəaliyyətlə məşğul ola bilməz.

İohan Ata Kurmux kilsəsində artıq üç il xidmət göstərib.

Gürcüstan Patriarxlığı keşişin yenisi ilə əvəz olunmasını son qalmaqalla əlaqədar olmadığını bildirir.

Xəbər lenti

Xəbər lenti