...

İstəyirəm səhnədən uzaqlaşıb, ana olum – müğənni Röya Ayxan

Cəmiyyət Materials 25 Oktyabr 2007 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Rəqibsiz olduğunu həm səs imkanları, həm də səhnə performansı ilə sübuta yetirən Misilsiz təxəllüslü Röya Ayxandan, qulaqlarınıza belə inanmayacağınız bir xəbər var. Nə konserti, nə də ki, yenilikləri barəsində. Xanım Ayxan, şəxsi həyatı barəsində bugünə qədər kimsəylə bölüşmədikləri məhz TrendLife-a danışdı. Həmişə səmimiliyi ilə fərqlənən müğənninin söylədikləri, yəqin ki, röyasevərlərin ürəyindən olmayacaq: "Hə, həqiqi sözümdür. O qədər bezdiri məni bu yersiz söz-söhbətlər... İnanın, həmin xoşagəlməz sözləri eşidəndə istər məşhurluq, istərsə də sevilməyim ikinci plana keçir. Tanıyanlar bilirlər ki, barəmdə deyilən istənilən söz məni üzə bilər. Artıq tərifi də sevmirəm. Sadəcə, sənətimlə məşğul olmağa çalışıram. Amma ilk dəfə məhzTrendlLife istifadəçilərinə səslənib deyirəm ki, vaxt gələcək, mikrofonu yerə qoyub,səhnədən uzaqlaşacağam. Deyim ki, o gün elədə uzaqda deyil. Evimin xanımı olub, ana olmaq istəyirərm. Həkimlərimin də məsləhəti odur ki, mən ana olmalıyam. Xanımlar bunu yaxşı bilir ki, qadın müəyyən yaşdan sonra mütləq belə bir periodu adlamalıdır. Bu sözləri ona görə demədim ki, məni sevənlər məyus olsunlar. Ancaq olduğum bütün tədbirlərdə, məclislərdə sevənlərimlə qarşılaşanda onlar mənə sidq ürəklə arzulayırlar:- Röya, sən ana olmalısan.- Əminəm ki, pərəstişkarlarım bu arzumu həyata keçirmək niyyətimdə dualarını məndən əsirgəməyəcəklər".

Xəbər lenti

Xəbər lenti