İtaliya klubları azərbaycanlı volleybolçu ilə maraqlanırlar

Cəmiyyət Xəbər 26 Oktyabr 2007 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın aparıcı volleybolçularından biri Valeriya Korotenko növbəti mövsümü İtaliya "A" seriyasında keçirə bilər.

Trend in verdiyi məlumata görə, libero ilə Apennin yarımadasının bir neçə komandası maraqlanır ki, onlarda biri də "Tena Senteramo"dur. "AzərReyl"in qarşıdan gələn Çempionlar liqası oyunlarında iştirakını nəzərə alsaq V,Korotenkonun digər kluba keçidinə dair danışıqlar yalnız yeni ilədə baş tuta bilər. Bundan əlavə Valeriya artıq xarici klublarda çıxış etmək təcrübəsinə malikdir. Belə ki, o ötən mövsümün yarısını icarə əsasında İsveçrə "Volero"sunda keçirib.

Bundan əlavə "Volero"da Çempionlar liqası 2006-07-nin ən yaxşı oyuncusu və bombardiri, həmçinin bu komandanın tərkibində İsveçrə birinciliyinin çempionu olan Natalya Məmmədova çıxış edir.

Xəbər lenti

Xəbər lenti