...

Dünya çempionu Ağası Məmmədov yüksək səviyyəli turnirlərdə çıxış etməyə hazırdır

Cəmiyyət Materials 27 Oktyabr 2007 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir B.Məmmədov/ Dəri əlcək ustalarının Çikaqoda dünya çempionatının mükafatları və Olimpiya lisenziyası qazanmaq uğrunda mübarizə apardıqları bir zamanda Azərbaycanın boks üzrə birinci və yeganə dünya çempionu Ağası Məmmədov okeanın o tayında baş verən hadisələri müşahidə edir.

Trend ə müsahibəsində o, dünya çempionatına dair öz fikirlərini bölüşüb və planları barədə danışıb.

"Boksçularımızın çıxışlarını İnternet vasitəsilə izləyirəm. Komanda yoldaşlarımın uğurları məni sevindirir. Əlbəttə, Samir Məmmədovun belə tezliklə məğlub olması üzücüdür. Lakin unutmaq olmaz ki, Venesuela boks məktəbi o qədər də zəif deyil. Komandamızın heyətində kifayət qədər istedadlı və təcrübəli boksçular var. Bu səbəbdən, mən yekun nəticənin qənaətbəxş olacağına inanıram" - deyə Olimaiya 2004-ün mükafatçısı bildirib.

Təcrübəsinin olmasına baxmayaraq, Ağası Məmmədov yığma komandaya daxil edilmədi. Lakin o, ruhdan düşməyib. "Əlbəttə, dünya çempionatında çıxış etmək istərdim. Lakin mən mənəvi cəhətdən sınan şəxslərdən deyiləm. Artıq tam olaraq fiziki formamı bərpa etmişəm və hesab edirəm ki, istənilən ən yüksək səviyyəli yarışa hazıram. İndi dekabrın 5-də Rusiyada keçiriləcək beynəlxalq turnirə hazırlaşıram. Lakin yenə də, əsas, gələn ilin lisenziya xarakterli turniridir. Əgər imkan olsa, o yarışda da çıxış edəcəyəm" ,- deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti