...

Azərbaycan nümayəndə heyəti Türkiyənin Respublika Günündə İqdıra səfər edəcək

Cəmiyyət Materials 27 Oktyabr 2007 12:22 (UTC +04:00)

Türkiyə, Ankara / Trend , müxbir Ə.Ələsgərov/ İqdır valisi Saffet Qarahisarlının verdiyi məlumata görə, oktyabrın 29-da Türkiyədə Respublika Gününün qeyd edilməsi münasibətilə, İqdıra Azərbaycandan nümayəndə heyəti gələcək. "Yeşil İqdır" qəzetinin məlumatına görə, səfər Türkiyənin İqdır və Azərbaycanın Şamaxı şəhərləri arasında yaradılmış dostluq münasibətləri çərçivəsində baş tutacaq.

Azərbaycan nümayəndə heyəti İqdırda yerli hərbi qarnizon bölmələrinin paradı, musiqi qruplarının çıxışları və gənclərin iştirakı ilə digər tədbirlərin nəzərdə tutulduğu bayram mərasimlərində iştirak edəcək. 25 nəfərdən ibarət nümayəndə heyətinə Şamaxı rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov rəhbərlik edəcək. Qəzetin yazdığına görə, qonaqların gəlişi ilə İqdırın meri Nurəddin Abbas bildirib ki, ötən il türk nümayəndə heyəti Azərbaycanda olub və "orda onlar çox yaxşı qarşılanıblar".

Qars və İqdır əyalətlərinin əhalisinin əksəriyyəti 20-ci əsrin əvvəllərində Cənubi Qafqazın müxtəlif yerlərindən ermənilərin etnik təmizləmə hədəsi ilə Türkiyəyə köçmüş azərbaycanlılardır.Onlar Türkiyədəki Azərbaycan diasporunun həyatında fəal iştirak edirlər.

İqdır və Şamaxı şəhərləri arasında qardaşlaşma protokolu 2006-cı ildə, Türkiyə nümayəndə heyəti Azərbaycanda olarkən, imzalanıb.

Xəbər lenti

Xəbər lenti