...

Azərbaycanlı boksçuların dünya çempionatında 3 vaxtından əvvəl qələbəsi

Cəmiyyət Materials 28 Oktyabr 2007 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir B.Məmmədov/ Çikaqoda keçirilən dünya çempionatının beşinci günündə üç azərbaycanlı boksçu rəqiblərini vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə çıxdılar.

Trend in verdiyi xəbərə görə ilk görüşünə çıxan superağırçəkili (+ 91 kq) Azər Məmmədov üçüncü raundda Amerika Virgin adalarını təmsil edən Kleyton Loranı texniki nokautla üstələdi. Hesab 15:1 olarkən referi oyunu saxladı. Azərin növbəti rəqibi rusiyalı idmançı İslam Timurziyev olacaq.

Üçüncü raundda vaxtından əvvəl qələbəni daha iki azərbaycan idmançısı qazandı. 57 kq çəki dərəcisində çıxış edən Şahin İmranov latviyalı Valentin Morozova qalib gəlib və növbəti turda Hindistan təmsilçisi Lalit Anfreş Lakra ilə görüşücək. Taypeyli Çu Fenq Liyə heç bir şans saxlamayan Samir Məmmədovun növbəti rəqibi tacik Ənvər Yunusov olacaq.

İtkisiz də olmadı, Rahib Bəylərov ( 75 kq) dominikanlı Arxenis Nunyesə xal hesabı ilə (16:27) uduzdu.

Xəbər lenti

Xəbər lenti