...

Zülfiyyə, həyat yoldaşı Zaursuz qızına ad qoymayacaq

Cəmiyyət Materials 30 Oktyabr 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/müx. TrendLife Şahin Cavadsoy

Əməkdar artist Zülfiyyə Xanbabayevanın qız övladının dünyaya gəlməsindən günlər ötsə də, bu xəbər hələ də onu sevənlərin diqqət mərkəzində qalmaqdadır. TrendLife-ın istifadəçiləri bilirlər, biz də sənətçinin yaxın rəfiqəsi və prodüseri Nigar Hacızadə ilə hər gün əlaqə saxlayıb, xanım Xanbabayevanın səhhətinin necə olmasını öyrənirik. Zülfiyyə xanımla körpəsinin hazırda Leyla Şıxlınskaya adına klinikada olduğunu təsdiqləyən Nigar, müğənninin hələ bir neçə vaxt sözügedən xəstəxanada qalacağını da söylədi: "Bilmirəm, kimlər, nə üçünsə, Zulyanın körpəsi ilə artıq evə buraxıldığını yayır. Amma ikisi də ciddi həkim nəzarətindədir. Onların evə buranxılmasının dəqiq tarixini söyləyə bilmərəm".

"Zülfiyyə xanım qızına Dəniz adını verəcəkmi?"-sualımıza Hacızadə belə cavab verdi: "Zulya həyat yoldaşı Zaursuz ,qızına ad qoymayacaq".

Xəbər lenti

Xəbər lenti