...

Azərbaycan boksçusu Samir Məmmədov Çikaqoda keçirilən DÇ-də bürünc medal qazanıb

Cəmiyyət Materials 3 Noyabr 2007 11:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/Azərbaycan boksçusu Samir Məmmədov ( 51 kq) bu günlərdə Çikaqoda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Trend in verdiyi məlumata görə, artıq üçüncü yeri özünə təmin edən boksçumuz yarımfinalda amerikalı rəqibi Reş Uorennə məğlub olub. Görüş 26 dəqiq zərbə endirən rinq sahibinin üstünlüyü ilə keçib. Samir rəqibinə yalnız 13 zərbə ilə cavab verməyi bacarıb. Belə olan halda Uorenn finalda digər yarımfinal görüşündə İtaliyadan olan Viçentso Pikardiyə qalib gələn çinli Somjitu Jonqjoxoru ilə qarşılaşacaq.

Samir medal ilə yanaşı olimpiya oyunlarına lisenziya da əldə edib. Digər Azərbaycan boksçuları isə dörddə bir final mərhələsində uduzaraq minimum vəzifəni yerinə yetirməyi bacarmayıblar.

Xəbər lenti

Xəbər lenti