Azərbaycan, Bakı, 5 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/
Bu ilin aprelində Opera və Balet teatrında "Buta Film" studiyası tərəfindən çəkilmiş "Sirat Körpüsü" filminin təqdimatı keçirilmişdi. TrendLife-a verilən məlumata görə, sabah Bakıdakı klublardan birində jurnalistlər bu filmi müzakirə edəcəklər. Tədbirdə, həmçinin, filmin bir neçə beynəlxalq festivala göndəriləcəyi də elan olunacaq. Nəzərinizə çatdıraq ki, film detektiv janrda çəkilib, rejissoru Samir Kərəmoğlu, prodüseri Mahir Hüseynbəylidir. Rollarda Elşən Xəzər, Nicat Kazımov, Aqşin Fateh və başqaları çəkilib.