...

Müğənni Rəqsanə: "Heç kəsin yadına düşmədi ki, yıxılana balta vurmazlar"

Cəmiyyət Materials 5 Noyabr 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /müx. TrendLife Ayəndə Dadaşova/

Artıq hamıya məlumdur ki, Rəqsanə və onun ailəsinin başına hansı işlər gəldi. TrendLife-a müsahibəsində müğənni bildirdi ki, baş verən hadisə onun karyerasına ciddi təsir etməyib.

-Əlbəttə, bütün olanlar xoşagələn hadisələr deyil. Hər bir ailə ilə bağlı söz-söhbət yarana bilər. Lakin bunu şişirtmək lazım deyil. Görünür, mənim ulduz olmağım kimlərisə narahat edir. Buna görə də Rəqsanəni sındırmaq və alçaltmaq istəyirdilər. Amma heç kim başa düşmədi ki, "yıxılana balta vurmazlar".

-Artıq özünüzə gəlmisiniz. Hansı yeniliklər gözlənilir?

-Noyabrın 13-də Türkiyəyə gedəcəyəm. Orada "Bivəfa", "Payız", "Sevdim" və başqa mahnılarımı yenidən oranjeman etdirəcəm. Hazırda isə Bakıda yeni albom üzərində işləyirəm. Albom yəqin ki, noyabrın sonlarında hazır olacaq. Fuad Əlişov ilə birgə "Yağış", "Sevdim" mahnısına klip çəkəcəyik.

Xəbər lenti

Xəbər lenti