...

Azərbaycan atıcıları Olimpiadada iştirak üçün vald-kart ala bilərlər

Cəmiyyət Materials 10 Noyabr 2007 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Beynəlxalq Atıcılıq Federasiyası (ISSF) Azərbaycana vald-kart təqdim edə bilər.

Trend -in yaydığı məlumata görə, Olimpiya mükafatçıları Zenfira Meftəhəddinova və İradə Haşımova lisenziya oyunlarında uğursuz çıxış etdiklərinə görə, Olimpiadaya vakansiya qazana bilmədilər. Lakin Pekinə getmək imkanını hələ itirməyiblər. Üstəlik də, stend atıcılığı üzrə usta Meftəhəddinova Sidneydəki 2000-ci ilin oyunlarına xüsusi dəvətnamə ilə gedib və orada qələbə əldə edib. Dörd il sonra isə, Afinada üçüncü olub. Bununla belə, mümkün olan kvotanın Azərbaycana verilməsi gələn il keçiriləcək Üçtərəfli komissiyanın, ISSF və Beynəlxalq Olimpiya Komitəsinin iclasından əvvəl məlum olmayacaq.

Xəbər lenti

Xəbər lenti