...

Müğənni Tünzalə Ağayeva Sankt-Peterburqda çıxış edəcək

Cəmiyyət Materials 12 Noyabr 2007 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/ Əməkdar artist Tünzalə Ağayeva son altı ay ərzində cazmen Cəmil Əmirovla birgə "Mənim vətənim" adlı yeni albom üzərində çalışıb. İndi isə müğənni həmin albomu geniş auditoriya qarşısına çıxarmaq niyyətindədir. Müğənninin prodüseri Yalçın Cabbarovun TrendLife-a verdiyi məlumata görə, dekabrın 3-dən 10-na kimi Tünzalə Ağayeva Sankt-Peterburqda solo konsert proqramı ilə çıxış edəcək. Bundan əlavə, müğənninin Moskva və Türkiyədə də çıxışları gözlənilir.

Xəbər lenti

Xəbər lenti