...

Prodüser Namiq Qafarov sözünün ağası ola bilmədi

Cəmiyyət Materials 21 Noyabr 2007 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Həftənin iki günü "Lider" TV-nin canlı efirinə çıxan "Show time" mahnı müsabiqəsi şərtlərinin bəzi iştirakçı-prodüserləri qane etmədiyi barədə xəbər vermişdik. Xatırladaq ki, "Show time"da yarışan dörd prodüserdən biri-Namiq Qafarov noyabrın 17-də TrendLife-a açıqlamasında müsabiqənin şərtlərinin dəyişməsindən narazılıq etmişdi. Onun komanda üzvü Nərminin Mr.Tolik tərəfindən şəxsi münasibətlərə görə oyundan uzaqlaşdırılması Namiqi daha da hiddətləndirmiş və o, layihədən çıxdığını bəyan etmişdi. Həmin vaxt "mən layihəni tərk edirəm. Özü də sözümün ağasıyam"-deyən prodüseri növbəti yarışma günündə səhnədə görəndə təəccübləndik.

"Bəli, mən layihədən getmədim. Layihənin rəhbəri Cavid İmamverdiyevlə bəzi məsələləri həll etdik. Gözləyin, hər şey yaxşı olmalıdır"-deyə o, bildirdi.

Yerli şou-biznes aləmində tanınmış prodüser imici qazanmış Namiqin bu hərəkəti birmənalı qarşılanmayıb və buna görə onu qınayanlar var. "N-brotehrs" kimi tanınmış bir qrupa rəhbərlik edən Namiq Qafarov nədən sözünün üstündə durmadı? Axı, sözdə dediyini əməldə etməyənlərin imici zədələnir. Görünür, prodüser müsabiqəni tərk edəcəyini bəyan edərkən, şissə qapılıbmış. Ay Namiq qardaş, əgər siz hər dediyiniz sözə belə ağalıq edirsinizsə, onda "Bərəkallah!" deməkdən başqa çarə qalmır.

Xəbər lenti

Xəbər lenti