...

Zarinanın birinci olduğu "Azəri Star+"da, iştirakçı Şəbnəm Rəsulova qadın həmrəylinin qurbanı oldu

Cəmiyyət Materials 22 Noyabr 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

"Azəri Star production"ın ən səs-küylü layihələrindən olan "Azəri Star+"-gənc müğənnilərin mahnı yarışması ötən gün daha bir həftəsini geridə qoydu çıxır. 19 yaşlı Zarina Məmmədova, 5 həftədən sonra birinciliyi yenə də paylaşmadı. Zarinanın birinci olması, bir çox "Azəri Star+"çuların kefinə soğan doğradı. İştirakçı özü də bunu TrendLife-a verdiyi açıqlamasında təsdiqlədi: "İnanın, bu məni qətiyyən narahat etmir. Çünki, əsas tamaşaçıların rəğbətini qazanmaqdır. Digər rəqiblərim sakitliyimi zəifliyim kimi başa düşürlər Yox, bu belə deyil. Zarina kifayət qədər musiqi təhsili olan güclü bir iştirakçıdır. Və bu gün Asəf Zeynallı adına Musiqi Kollecində xalq artisti Əlibaba Məmmədovdan muğam dərsləri alır. Gələn həftə istedadımı hərtərəfli göstərməyə çalışacağam".

Bildiyiniz kimi, , sona qalan üç iştirakçının taleyini rəqiblərdən qazanılan toxunulmazlıq kuponlarının çoxluğu həll edir. Arzuolunmaz üçlüyə düşən Ülviyyə, Yeganə və Şəbnəm triosunu ilk olaraq, iştirakçı Tağıyeva topladığı kuponlar sayəsində, özünü növbəti həftəyə qədər sığortalamağa müvəffəq oldu. Səhnə- də Yeganə Dünyamalıyeva ilə Şəbnəm Rəsulova yarışmağa başladılar. Tamaşaçılardan gələn səs, gözlənildiyi kimi, Yeganəni "Azəri Star+" a qaytardı. Şəbnəm Rəsulova məğlub olduğunu etiraf etməsə də, müsabiqə də ona qarşı yönələn xanım qruplaşmasının qurbanı olmasyla barışmağa məcbur oldu. Amma canlı yayımın sonunda Ülviyyə səhnədə yerini Şəbnəmə verib, müsabiqənin könüllü tərk etmək niyyətini dilinə gətirdi. Onun bu istəyini Şəbnəm qəbul etmədi. TrendLife-a da bu haqda ətraflı məlumat vermək istəmədi: "Gedirəm, amma səhnədə özümü təsdiqləycəyimə söz verirəm. Gözləsin mənə dəstək olan pərəstişkarlarım. Şəbnəm yenilikləri ilə onların görüşünə mütləq gələcək".

Xəbər lenti

Xəbər lenti