...

Azərbaycan mədəniyyəti haqqında geniş məlumat topladım – "Dünya Mədəniyyəti Gözəllik Yarışması"nın təşkilat komitəsinin rəsmi nümayəndəsi Ayhan Işıklı

Cəmiyyət Materials 27 Noyabr 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr /müx. TrendLife Şahin Cavadsoy/

Qardaş Türkiyənin səviyyəli gözəllik yarışmalarının təşkilatçısı - "Destinaajans"ın rəhbəri Süha Özgermi həftəsonu Bakıya təşrif buyuracaq. Bu haqda TrendLife-a məmləktimizdə dörd gün işgüzar səfərdə olmuş "Renasans" Gözəllik Xidmətləri Tekstil Mərkəzinin rəhbəri Ayhan Işıklı söyləyib: "Keçirdiyimiz mətbuat konfransından da bəlli olduğu kimi, Azərbaycan gələn ilin yanvarında Türkiyədə keçiriləcək "Dünya Mədəniyyəti Gözəllik Yarışması"nda bir iştirakçı ilə təmsil olunacaq. Ancaq bunun üçün əvvəlcə siz öz ölkənizdə seçim turu keçirib, "Azərbaycan Mədəniyyəti Gözəli"ni təyin etməlisiniz. Əminəm ki, səfərim ölkələrimiz arasında olan mədəni dostluq tellərinə çox müsbət istiqamətdə təsir göstərəcək. Onu da qeyd edim ki, bu həftəsonu yenidən böyük bir heyətlə paytaxtınıza gələcəyik. Onların arasında, başda dünyada təşkil etdiyi gözəllik yarışmalarıyla tanınan təşkilatçı Süha Özgermi, Azərbaycanda da sevilən türk musiqisinin rəqibsiz siması müğənni Gönül Yazar və başqa tanınmış sənət adamları olacaq. Ona görə də şou-biznesinizdə bir nömrə kimi qəbul etdiyiniz prodüser Mr.Tolikin çiyinlərinə böyük bir məsuliyyət düşür. İnanıram ki, "Destinaajans"ın rəhbəri Süha Özgerminin etimadını Tolik bəy layiqincə doğruldacaq. Bir daha özəlliklə vurğulamaq istəyirəm ki, əgər bu yarışmanı yüksək səviyyədə keçirsəniz, digər layihələrimizdə də iştirak etmək üçün çox böyük güzəştli şərtlər qazanmaq şansınız olacaq. Öz adımdan isə onu söyləyə bilərəm ki, Bakıda olduğum dörd gün ərzində Azərbaycan mədəniyyəti haqqında çox geniş məlumat topladım. Bütün azəri xalqını belə bir gözəllik yarışmasına qoşulması münasibəti ilə təbrik edirəm".

Xəbər lenti

Xəbər lenti