...

Dünya Kubokunun 1/32 finalının birinci partiyasını qrossmeyster Teymur Rəcəbov qara fiqurlarla oynayacaq

Cəmiyyət Materials 27 Noyabr 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Dünya Kubokunun 1/32 finalının ilk oyununu qara fiqurlarla polyak Bartokomyu Maçeiyə qarşı oynayacaq. Yarışın reqlamentinə görə, 64/1 finalı bir rənglə oynayan şahmatçı növbəti raundda fiqurların rəngini dəyişməlidir. Əvvəlki raundda rusiyalı şahmatçı Vladimir Qenbeyə qarşı ağ fiqurlarla oynamış Teymur Maçei ilə oyunda ağ fiqurlarla ikinci partiyada oynayacaq. Eyni zamanda, Şəhriyar Məmmədyarov tay - brekdə kubalı Lazaro Bruzona qalib gəlmiş 2006 - cı il Avropa çempionu xorvat Zdenko Kozula qarşı qara rənglə oynayacaq. Bu səbəbdən, Məmmədyarovun istirahət üçün bir gün artıq vaxtı var idi və bu ona asan olmayan döyüşdə kömək etməlidir.

Xəbər lenti

Xəbər lenti