...

"AzərReyl"in voleybolçuları Çempionlar Liqasında çıxışa başlayırlar

Cəmiyyət Materials 28 Noyabr 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Qadın voleybol klubu "AzərReyl" altıncı dəfə Çempionlar Liqasının mükafatı üçün mübarizəyə başlayır. Trend in verdiyi xəbərə görə, Faiq Qarayevin yetirmələri noyabrın 28-də Moskvada, yarışın qrup mərhələsinin birinci görüşünü Odinçovadan olan "Zareçya"ya qarşı keçirəcəklər. Cütlüyün favorti keçən mövsümdə nəzərəçarpacaq dərəcədə möhkəmlənmiş və qrupdan çıxmaq üçün mübarizə aparacaq meydan sahibləridir. Dəmiryolçuların dəstəsində isə təzəlikcə əməliyyat keçirmiş Yelena Parxomenko və Lidiya Maksimenkonun, həmçinin dekret məzuniyyətindən qayıtmamış Oksana Məmmədyarovanın yoxluğunu nəzərə alaraq itkiləri sayırlar. Bunula yanaşı, təzəlikcə ana olmuş Kseniya Kovalenko hələ optimal formaya düşməyib, "AzərReyl"in əsas zərbə qüvvəsi Natalya Məmmədova isə bundan sonra "Volero" İsveçrə komandasının rəngini qoruyacaq.

Xəbər lenti

Xəbər lenti