...

Avropa Məhkəməsi Azərbaycanla bağlı qərar verdi

Cəmiyyət Materials 29 Noyabr 2007 16:50 (UTC +04:00)
Avropa Məhkəməsi Azərbaycanla bağlı  qərar verdi

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Avropa İnsan Haqları Məhkəməsi vətənə xəyanətdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilmiş Əlikram Hümbətovun şikayəti üzrə Azərbaycanı 14 min avro məbləğində cərimələyib.

Bu barədə Avropa Məhkəməsindən məlumat verilib.

Hümbətov 1993-cü ildə Lənkəranda separatçı "Talış-Muğan Respublikası" yaradıb və həmin ildə də həbs olunub. Ömürlük azadlıqdan məhrum edilmiş Hümbətov 2005-ci ildə prezident tərəfindən əfv olunub.

Azərbaycan vətəndaşlığından məhrum edilən Hümbətov hazırda Hollandiyada yaşayır.

Avropa Məhkəməsi Hümmətovla bağlı Əsas İnsan Haqqları və Azadlığlartı haqqında Avropa Konvensiyasının işgəncələrin qadağan olunması (3-cü maddə), səmərəli hüquqi müdafiə vasitələri hüququ (13-cü maddə), ədalətli məhkəmə hüququnun (6-cı maddə) pozulduğunu təsdiq edib.

Məhkəmənin qərarına görə, Azərbaycan dövləti Hümmətova mənəvi zərərə görə 12 min avro, çəkilmiş əlavə xərclərə görə 2090 avro təzminat ödəməlidir.    Hümbətov şikayətində, barəsindəki ölüm cəzasının ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsini Konvensiyanın pozuntusu kimi qeyd etsə də, Avropa Məhkəməsi şikayəti icraata qəbul edərkən çıxardığı qərarda qeyd edib ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. O, ağır cəza kimi qəbul edilə bilməz.Hümbətovun şikayəti ilə bağlı qəbul etdiyi qərar bu təşkilatın Azərbaycana qarşı çıxarılan doqquzuncu qərardır.

Xəbər lenti

Xəbər lenti