...

Güləşçi Fərid Mansurov Azərbaycanda "İlin idmançısı" adına əsas iddiaçıdır

Cəmiyyət Materials 1 Dekabr 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Yunan - roma növü üzrə Azərbaycan güləşçisi Fərid Mansurov respublikada "İlin idmançısı" adına əsas iddiaçıdır. Trend - in verdiyi xəbərə görə, sona çatmaqda olan il beynəlxalq arenada idmanımızın böyük uğuru Bakıdakı çempionatda qızıl medal qazanan Fəridin adı ilə bağlıdır. Bu, iki il müddətində belindən aldığı zədəni müalicə etdirən və təntənə ilə xalça üzərinə qayıdan Fərid üçün ilk yarış idi. Qələbə ona Olimpiya lisenziyası qazanmağa imkan verdi və indi Afina - 2004 - ün qalibi, dördilliyin növbəti baş oyununda öz titulunu qoruya biləcək. Qeyd etmək lazımdır ki, Mansurovdan əlavə, bu il Dünya çempionatında gümüş medal qazanan cüdoçu Elnur Məmmədli də uğurla çıxış edib.

Xəbər lenti

Xəbər lenti