...

Polisin işi ancaq adam döymək olmamalıdı – Azərbaycan Jurnalistlər Birliyinin sədri

Cəmiyyət Materials 3 Dekabr 2007 15:07 (UTC +04:00)
Polisin işi ancaq adam döymək olmamalıdı – Azərbaycan Jurnalistlər Birliyinin sədri

Azərbaycan,Bakı Trend müxbir K.Zərbalıyeva/ Azətbaycan Jurnalistlər Birliyinin sədri Daxili İşlər Nazirliyini polisin işinin ancaq adam döyməkdən ibarət olmadığını göstərə bilməməkdə ittiham edib. Bu ittihamla bazar ertəsi "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin "Hüquq-mühafizə orqanları ilə KİV-lər arasında münasibətlərin tənzimlənməsi yolları" mövzusunda keçirdiyi Dəyirmi masada "Ayna", "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı çıxış edib.

Baş redaktor polisin fəaliyyətinin, fədakar əməyinin nazirlik tərəfindən düzgün təbliğ olunmamasından narazılıq bildirib.

Şıxlı həmçinin icazəsiz aksiyaların dağıdılmasında iştirak edən polis əməkdaşlarının təhsil və mədəni səviyyəsindən də narazılıq bildirib.

Onun fikrincə, qanunsuz hərəkətlərə yol vermiş, peşə fəaliyyətini həyata keçirən jurnalistlərə qarşı zor tətbiq edən polislər cəzalanmalıdır. "Cəzasızlıq polisin hər kəsə qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə nəticələnir" - deyə baş redaktor vurğulayıb.

Şıxlı polis orqanları ilə KİV arasında münasibətlərin qurulmasında polisin fəaliyyətində şəffaflıq və açıqlığın qorunmasını vacib sayır. Onun fikrincə, baş vermiş cinayət hadisələri ilə bağlı ilkin məlumatların hüquq-mühafizə orqanları tərəfindən verilməsi polisin fəaliyyəti, baş vermiş hadisə ətrafında şayələrin, söz-söhbətlərin yaranmaması üçün önəmlidir.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov polislə KİV arasında əlaqələrin inkişafında nazirliyin maraqlı olduğunu virğulayıb. O qeyd edib ki, əksər hallarda qanunsuz keçirilən aksiyalarda jurnalistlər aksiyanın iştirakçısına çevrilir və polisin təzyiqinə məruz qalırlar.

Polislərin xidməti vəzifələrini icra edərkən vətəndaşlar tərəfindən təzyiqlərə məruz qalması faktlarının artmasından narazılıq bildirən Zahidov bildirib ki, bu ilin 9 ayında ictimai asayişi qoruyan 3 polis əməkdaşı öldürülüb, 165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Layihə çərçivəsində Gəncə və Xaçmazda KİV nümayəndələrinin və ətraf rayonların hüquq-mühafizə orqanları ilə iki Dəyirmi masa da təşkil olunacaq.

Layihənin məqsədi hüquq-mühafizə orqanları ilə KİV-lər arasında əlaqələrin qurulması və inkişafına nail olmaqdır.

Xəbər lenti

Xəbər lenti