...

Makedoniyada Beynəlxalq Türk Poeziyası festivalı keçirilib

Cəmiyyət Materials 4 Dekabr 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /müx. TrendLife Günel Əhmədova/

Makedoniyanın paytaxtı Skopiyedə VII Beynəlxalq Türk Poeziyası festivalı başa çatıb. Tədbirdə Azərbaycan, Türkiyə, Krım, Tatarıstan, Başqırdıstan, Qazaxıstan, Özbəkistan, Makedoniya və Kosovodan 80-dən çox şair iştirak edib. Festivalın yekunlarına görə, Azərbaycan şairi Rüstəm Behrudi Şah İsmayıl Xətai adına mükafata layiq görülüb.

TrendLife-a daxil olan məlumatdabildirilir ki, festivalda ikinci yeri Mirəziz Əzəm (Özbəkistan), 3-cü yeri Mətin Onal Menquşoğlu (Türkiyə) tutublar. Qaliblərə Mövlana Cəlaləddin Rumi və Cövdət Paşa mükafatları da təqdim olunub. Tədbirdə "Balkanlarda türk poeziyası", "Yəhya Kamal Beyatlının həyat və yaradıcılığı" mövzularında məruzələr dinlənilib.

Xəbərdəbildirilir ki, üç gün ərzində şairlər şerilərini səsləndirib, müasir türk poeziyasının problemləri, qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar. Festival çərçivəsində, TRT telekanalının musiqi ansamblının konserti keçirilib, habelə Makedoniyanın görməli yerlərinə ekskursiyalar təşkil edilib.

Xatırladaq ki, haqqında danışdığımız festivalı Türk Yazarları İttifaqı 1992-ci ildən etibarən, hər ikiildən bir təşkil edir. Bundan əvvəlfestival Türkiyə, Aşqabad, Qazaxıstan, Krım, Strasburq və Kiprdə keçirilib. Növbəti VIII festivalın 2009-cu ildə keçirilməsi nəzərdə tutulsa da,ölkəninadı hələ müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti