...

"Şuşanın dağları" mahnısını ifa edəndə ermənilər atəş açmağa başladılar -müğənni Xuraman Şuşalı

Cəmiyyət Materials 6 Dekabr 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /müx. TrendLife Fəridə Məhərrəmqızı/

Müğənni Xuraman Şuşalı iki gün öncə Yevlaxda Heydər Əliyev adına xiyabanda təşkil olunan konsert proqramında çıxış edib. Bu barədə TrendLife-a açıqlama verən müğənni konsertin Yevlax sakinləri tərəfindən maraqla qarşılandığını deyib. Daha sonra Tərtərdə və ön cəbhədə əsgərlər üçün təşkil olunan konsertdə çıxış edən Xuraman həmin məqamı belə xatırlayır: "Hərbçilər qarşısında çıxış etməkdən fərəh hissi keçirirdim. Orada əsgərlərin xahişi ilə "Şuşanın dağları" mahnısını ifa etdim. Həmin məqamda düşmənin açdığı atəşin səsi eşidilsə də, bu, məni qorxutmurdu. Düşünürəm ki, hər müğənni ön cəbhəyə gedib konsert verə bilməz. Çünki orada şahidi oldum ki, bizimlə gedənlərdən bəziləri yolun yarısından geri qayıtdılar. Mən şuşalı olduğumdan, şəhərimizi işğal ərəfəsində tərk etdiyimdən atəş səslərindən qorxmadım. Bundan başqa, əsgərlərimizdə olan cəsarət, mətinlik, əynimdəki hərbçi paltarı da məni ruhlandırırdı".

Xuraman Şuşalı bizimlə söhbətdə lazım olarsa hər zaman vətənin keşiyində xidmət etməyə hazır olduğunu vurğuladı: "Əgər nə vaxtsa qızları hərbi xidmətə çağırsalar, ön sıralarda olacağam".

Xəbər lenti

Xəbər lenti