...

Mingəçevirdəki avarçəkmə bazasının tikintisi gələn il yekunlaşacaq

Cəmiyyət Materials 14 Dekabr 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Mingəçevirin avarçəkmə bazasında aparılan tikinti işləri 2008-ci ilin sonu, 2009-cu ilin əvvəlində yekunlaşacaq.

Bazanın tərkibində beş bina olacaq. Bunlar 130 nəfərlik mehmanxana, uzunluğu 50 metrə çatan, Olimpiya standartlarına cavab verən 200 tamaşaçı üçün nəzərdə tutulmuş hövzə, qayıqların saxlanılması və təmir olunması üçün qaraj, administrasiya binası, boks, güləş, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün 500 tribunalıq idman zalıdır. Həmçinin, bina daxilində hakim qülləsi, üç tennis kortu, jurnalistlər üçün yer və kafe nəzərdə tutulub" - deyə Azərbaycanın Avarçəkmə Federasiyasının rəhbəri Elçin Zeynalov bildirib.

Mingəçevirdə bu yaxınlarda Gürcüstan idmançılarının da iştirak etdiyi beynəlxalq qayıq yarışı keçirilib.

.

Xəbər lenti

Xəbər lenti