...

Bakıda iri üzgüçülük kompleksi tikiləcək

Cəmiyyət Materials 15 Dekabr 2007 13:18 (UTC +04:00)
Bakıda iri üzgüçülük kompleksi tikiləcək

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Bakıda, Əzizbəyov metro stansiyası yaxınlığında üzgüçülük kompleksinin tikintisi planlaşdırılır. Tikinti layihəsi hazırlanıb və Azərbaycanın Gənclər və İdman Nazirliyində nəzərdən keçirilir. Bu barədə şənbə günü jurnalistlərə nazir Azad Rəhimov məlumat verib.

Nazir bildirib ki, üzgüçülük kompleksinin tikintisi üçün Əzizbəyov metro stansiyası yaxınlığında münasib ola biləcək yer müəyyən edilib. Nazirlik icazənin alınması üçün yerli hakimiyyət orqanlarına müraciət etməyə hazırlaşır.

Bakıda bir neçə üzgüçülük kompleksi fəaliyyət göstərir, lakin iri kompleks hələ ki, yoxdur. Paytaxt 2016-cı il Yay Olimpiya Oyunlarını qəbul etməyə iddia edir və bu cür kompleksin tikintisi mütləqdir.

Xəbər lenti

Xəbər lenti