Azərbaycan, Bakı, 18 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/
Dekabrın 25-də Musiqili Komediya Teatrında xalq artisti Hacıbaba Bağırovun 75 illik yubileyi qeyd olunacaq. Bu haqda TrendLife-a teatrın mətbuat xidmətindən xəbər verilib. Tədbir Mədəniyyət və Turizm nazirliyinin təşkilati dəstəyi ilə keçiriləcək. Yubiley gecəsində aktyorun oynadığı filmlərdən parçalar nümayiş etdiriləcək.