...

Xədicə Abbasova işgüzar xanım olub

Cəmiyyət Materials 19 Dekabr 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /müx. TrendLife Günel Əhmədova/

Ötən gün Musiqili Komediya Teatrında mərhum bəstəkar Emin Sabitoğlunun yubileyi qeyd olunub. Bu münasibətlə bəstəkarın Azərbaycana səfər edən xanımı Xədicə Abbasova həftə sonuna kimi paytaxtda qonaq olacağını bildirdi. Artıq özünü vətəndə qonaq hiss edən müğənni sonuncu dəfə Bakıda 3 il öncə olduğunu TrendLife-ın oxucularına xatırlatdı. Qarşıdakı illərdə bura gəlməyi düşünməyən sənətçi xanım fəliyyət istiqamətini biznesə yönəltdiyini xatırlatdı. Hazırda Afrikada yaşadığını deyən Abbasova bunu biznes əlaqələrini genişləndirmək məqsədilə etdiyini söylədi.

Xatırladaq ki, ötən əsrin sonlarında həyat yoldaşı Emin Sabitoğlu ilə Türkiyəyə gedən müğənni uzun illər orada pedaqoq kimi çalışıb. Universitetlərin birində ingilis dili müəllimi kimi çalışan Xədicə xanım Emin Sabitoğlunun vəfatından bir müddət sonra işgüzar xanım kimi fəaliyyət göstərməyə qərar verib. Türkiyə ilə əlaqələrinin sıx olduğunu diqqətə çatdıran Abbasova oradakı evini satmadığını və hərdən ölkəyə səfər etdiyini diqqətə çatdırdı.

Azərbaycanla yaradıcılıq əlaqələrini bərpa etməyi düşünmədiyini deyən sənətçi xanım bunu musiqi fəlaiyyətinə ara verməsilə əlaqələndirdi:"Musiqi ilə, demək olar ki, məşğul olmuram. Çünki işgüzar fəaliyyətim buna imkan vermir. Amma boş vaxtlarımda Eminin bəstələrini, öz lent yazılarımı dinləyirəm. Dostların məclisində hərdən oxuyuram. Musiqidən özümü təcrid etməyi düşünmürəm. Maddi durum üzündən, yaradıcılıqdan müvəqqəti uzaqlaşa bilərəm, amma bu, daimi olmayacaq".

Söhbətinin sonunda Abbasova əlavə etdi ki, burada olduğu müddətdə bir neçə televiziya verilişində qonaq olacaq. O, Bakıdan təklif gələrsə, hansısa sənət layihəsində təmsi olunmaq istəyini də istisna etmədi.

Xəbər lenti

Xəbər lenti