...

Qrossmeyster Teymur Rəcəbov FİDE-nin Qran-Prisində iştirak edəcək

Cəmiyyət Materials 19 Dekabr 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Yeni ildən start götürəcək FİDE-nin Qran-Prisinə buraxılacaq. Trend -in verdiyi məlumata görə, reytinqə əsasən, dərəcə cədvəlində aparıcı yerləri tutan 7 şahmatçı yarışda işitirak edə bilər. Teymur cədvəldə səkkizincidir. Lakin liderlikdə olan Vladimir Kramnik, Vişvanatan Anand və Veselin Topalov dünya şahmat tacı uğrunda görüş keçirəcəkləri üçün, Rəcəbov avtomatik olaraq yarış iştirakçılarısıasına düşür. Şəhriyar Məmmədyarovun da iştirak edəcəyi turnirlərin keçiriləcəyi yer hələ ki, məlum deyil. Birinci mərhələnin Türkiyədə keçirilməsi ehtimalı çoxdur.

Xəbər lenti

Xəbər lenti