...

İnsan hüquqlarının müdafiəsi sahəsindəki İşçi qrupun iclası keçirilib

Cəmiyyət Materials 30 Dekabr 2007 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva / İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hakimiyyət nümayəndələrindən ibarət İşçi qrupun ilin yekunlarına həsr olunmuş iclası keçirilib.

Bazar günü Trend ə verilən məlumata görə, iclasda prezidentin imzaladığı sonuncu əfv fərmanı yüksək qiymətləndirilib. Hüquq-müdafiə təşkilatları prezidentin İşçi qrupun insan hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətinə və təkliflərinə gələcəkdə də dəstək verəcəyinə ümidvar olduqlarını bildiriblər.

Hakimiyyət və qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət 19 nəfərlik İşçi qrupun fəaliyyətinin gələn il də davam etdiriləcəyi qərara alınıb.

Xəbər lenti

Xəbər lenti